Azərbaycan avarçəkənləri Bolqarıstanda

Azərbaycan avarçəkənləri Bolqarıstanda
  18 Fevral 2014    Oxunub:1435
Kayak və kanoe üzrə Azərbaycan milli komandası Bolqarıstanda təlim-məşq toplanışındadır.
AzVision.az xəbər verir ki, Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırlıq prosesi dəniz səviyyəsindən 2000 metr yüksəklikdə olan Belmeken idman bazasında martın 3-dək davam edəcək.

Yığmamızın baş məşqçisi Aleksandr Kolıbelnikov toplanışa kanoeçilərdən Sergey Bezuqlıy, Aleksey Kupin, Anatoli Melnik, Mikola və Taras Matviyçuku, eləcə də kayakçı Mirnazim Cavadovu cəlb edib. Məqsəd idmançılarımızın il ərzində keçiriləcək nüfuzlu reqatalar öncəsi fiziki hazırlıqlarını yüksəltməkdən ibarətdir.

Qeyd edək ki, Belmeken idman kompeksində müasir mehmanxana kompleksi, trenajor zalı, üzgüçülük hovuzu, trenajor zalı, xizək trası mövcuddur. Kayak və kanoeçilərimiz də bu imkanlardan maksimum yararlanmağa çalışırlar.


Teqlər:





Xəbər lenti