`SOCAR Türkiyə` ilə bağlı yeni iddialar

`SOCAR Türkiyə` ilə bağlı yeni iddialar
  18 Fevral 2014    Oxunub:1180
Söhbət “SOCAR Türkiyə”nin İzmirdə həyata keçirdiyi "Star" neftayırma zavodunun və eyni adlı terminalın tikintisindən gedir.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Türkiyə mətbuatının yazdığına görə, Türkiyə dövləti həmin ərazidə SOCAR-la yanaşı “Buhar enerji” adlı bir şirkətə də termal suların hasilatı ilə bağlı lisenziya veribmiş. Nəticədə iki şirkət arasında məhkəmə çəkişməsi yaranıb. Amma hakim ədalət və inkişaf partiyasının parlamentə təqdim etdiyi qanun layihəsi qəbul edilərsə, problemin həll olunacağı bildirilir. Bu qanuna əsasən geotermal sulardan istifadəni tənzimləyən xüsusi agentlik yaradılacaq. Bu qurum belə mübahisələrdə kimin lisenziyasının daha üstün olduğuna dair qərar verəcək. Güman olunur ki, bu qurum Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın yatırım edən və ən böyük vergi ödəyicilərindən olan SOCAR-ın xeyrinə qərar verəcək.

Xatırladaq ki, Dövlət Neft Şirkəti Türkiyənin İzmir şəhərində liman, neftyarırma zavodu, terminal, elektrik stansiyasından ibarət böyük kompleksə sahibdir. “Star” layihəsinin maliyyələşdirilməsinin bir hissəsini Azərbaycan Dövlət Neft Fondu həyata keçirir. Layihənin dəyəri 5 milyard dollardır.


Teqlər:





Xəbər lenti