Meksika səfiri Dövlət Tərcümə Mərkəzində olub

Meksika səfiri Dövlət Tərcümə Mərkəzində olub
  27 Yanvar 2021    Oxunub:1728
Mədəniyyət və təhsil sahələrində əməkdaşlığı gücləndirməkdə davam etmək məqsədilə Meksikanın Bakıdakı səfiri Rodriqo Labardini Dövlət Tərcümə Mərkəzinin rəhbəri Afaq Məsud ilə görüşüb.
Səfirlikdəm Azvision.az -a bildirilib ki, dostluq mühitində keçirilən görüşdə Mərkəzin rəhbəri görülmüş son işlər, xüsusən də meksikalı yazıçı Karlos Fuentesin Azərbaycan dilinə tərcümə olunmuş üçlükdən – “Artemio Krusun ölümü”, “Aura” və “Çak Mool” - ibarət “Seçilmiş əsərlərin” dərc olunması barədə məlumat verib.

Eyni zamanda, “Nizami Gəncəvi İli” üçün Mərkəzin nəzərdə tutduğu layihələri qeyd edib. Bu xüsusda, pandemiya şəraitində tədbirlərin baş tutması üçün rəqəmsal platformalardan istifadənin vacibliyini vurğulayıb.

Öz tərəfindən, səfir Labardini ikitərəfli münasibətlərin mədəniyyət və təhsil sahələri üzrə möhkəmlənməsi və inkişafındakı töhfəsinə görə Mərkəzə təşəkkür edib. Meksikalı yazıçı David Toskananın Bakıya son səfəri də daxil olmaqla birgə layihələri xatırlayıb. Həmçinin, əməkdaşlıq perspektivlərindən danışıb və hər iki ölkə ədəbiyyatının təşviqinə təkan vermək üçün səfirliyin istək və hazırlığını vurğulayıb.

Tərəflər “Nizami Gəncəvi İli” çərçivəsində bir sıra tədbirlərin birgə reallaşmasını və ikitərəfli əməkdaşlığa təkan verməkdə davam etməyi razılaşdırıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: görüş  





Xəbər lenti