Bakı məktəbləri ənənəvi dərslərə hazırdır? - RƏSMİ

Bakı məktəbləri ənənəvi dərslərə hazırdır? -  RƏSMİ
  27 Yanvar 2021    Oxunub:3023
Bakı şəhərində bütün ümumtəhsil müəssisələri fevralın 1-dən ənənəvi tədrisin bərpasına hazırdırlar.
Azvision.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, təhsil müəssisələrində monitorinq keçirilib: “Bütün təhsil müəssisələrində karantin rejiminə riayət etmək üçün lazım olan dezinfeksiyaedici vasitələrin təmin olunması vəziyyəti yoxlanılıb. Distant təhsil sistemi dövründə istilik məsələsi elə də gündəmdə deyildi. Amma fevralın 1-dən etibarən məktəblərdə dərslərin bərpası səbəbindən bu məsələ bizim diqqətimizdədir. İstiliklə bağlı monitorinqlər aparılıb. Onu deyə bilərəm ki, məktəblər təhsil üçün hazırdır. Cari problemlər də aradan qaldırılır”.

M.Vəliyeva bildirib ki, məktəblərdə avqust ayından olan təcrübələrə əsasən tədris prosesi qurulacaq: “Fevralın 1-dən hibrid tədrisi yenidən tətbiq ediləcək. Əyani dərslərlə yanaşı distant formada da təhsil davam etdiriləcək. Fevral ayının 1-dən 274 məktəbdə 1092 sinif, 27122 uşaq əyani məktəqədər təhsilə başlayacaq. Eyni zamanda 182018 şagird I-IV siniflərdə əyani təhsilə davam edəcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Bakı   Məktəb   Dərs  





Xəbər lenti