Gəncə terroru zamanı 9 məktəbə ziyan dəyib

 Gəncə terroru zamanı 9 məktəbə ziyan dəyib
  27 Yanvar 2021    Oxunub:3404
Gəncə şəhərinə raket hücumu nəticəsində ümumilikdə 9 məktəbə ziyan dəyib. Onlardan 4 və 29 saylı məktəblərə ciddi ziyan dəyib. Digərlərində pəncərələrin, çərçivələrin bərpası işləri başa çatıb, bir neçəsində iş davam edir.
Azvision.az xəbər verir ki, bunu Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev deyib. O bildirib ki, 4 nömrəli məktəbin bir korpusu tamamilə yararsız vəziyyətdədir və təmir üçün saxlanılıb.

“Məktəbin digər korpuslarında tədris davam edəcək. 29 nömrəli məktəb köhnə olduğu üçün terror aktı nəticəsində ora ciddi ziyan dəyib. Həmin məktəbdə tədris dayandırılıb. Məktəbin 929 şagirdi yaxınlıqda yeni tikilmiş 18 nömrəli məktəbdə təhsilə davam edəcək.

7 məktəbin bir neçəsinin pəncərə və çərçivələrinin təmiri bitib, bir neçəsi üzərində iş gedir. Bunlar da fevralın 1-ə qədər tam təmir olunub istifadəyə veriləcək", - deyə A.Qədiməliyev vurğulayıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Gəncə   Məktəb  





Xəbər lenti