Ötən il sahibkarlara 9,6 milyon manat ixrac təşviqi ödənilib

Ötən il sahibkarlara 9,6 milyon manat ixrac təşviqi ödənilib
  28 Yanvar 2021    Oxunub:2041
2020-ci ildə ixrac təşviqinin ödənilməsi ilə bağlı daxil olan müraciətlər əsasında 97 sahibkarlıq subyektinə 9,6 milyon manatdan çox ixrac təşviqi ödənilib.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev qurumun 2020-ci il üzrə fəaliyyəti, bu il görüləcək işlər və keçirilməsi nəzərdə tutulan sərgilər, ixrac missiyaları barədə onlayn mətbuat konfransında deyib.

O bildirib ki, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində önəmli mexanizmlərdən olan “ixrac təşviqinin geri ödənilməsi”nin tətbiqi 2020-ci ilin 31 dekabr tarixindən başa çatdırılıb:

“Ümumilikdə indiyədək daxil olan 3297 müraciət əsasında, 3214 məktub-sərəncam verilib, 153 sahibkarlıq subyektinə 27 milyon manatadək ixrac təşviqi ödənilib".

Y.Abdullayev vurğulayıb ki, 2016-ci ilindən martın 1-dən 2020-ci ilin dekabrına qədər ümumilikdə ödənilən ixrac təşviqinin məbləği 26 541 062 43 manat olub.

“2020-ci ildən qeyri-neft məhsulları ixrac edən şirkətlərin sayı 200 olub ki, onlardan 153-ü bu propqramdan yaralanıb. Bu proqram çşərçivəsində 5 il ərzində 420 milyon dollarında məbləğində məhsul icrac edilib. Əsasən meşə fındıqı, üzüm şərabları, təzə curma, təzə nar, meyvə formasında konserv məhsuklları və s. İxrac edilib”.

Y.Abdullayev qeyd edib ki, 2020-ci ildə məhsul ixracı 13,7 milyard ABŞ dolları olub, bunun da 1,85 milyar dolları qeyri-neft ixracı olub.

Aytən Zəhra
Azvision.az


Teqlər: İxrac  





Xəbər lenti