Daha bir qazimiz yüksək texnologiyalı protezlə təmin edilir

Daha bir qazimiz yüksək texnologiyalı protezlə təmin edilir
  29 Yanvar 2021    Oxunub:2033
Tarixi Zəfərimizin qəhrəmanlarından biri olan Kazımov Ziya Ağami oğlunun sosial dəstəklə təmin olunması üçün işlər aparılır.
Azvision.az - ın məlumatına görə, Ziya Vətən müharibəsində ağır yaralanaraq sağ ayağını itirib. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona yaxın günlərdə əlillik və aylıq sosial ödənişlər təyin olunacaq. Həmçinin əlillik dərəcəsinə uyğun məbləğdə birdəfəlik sığorta ödənişi veriləcək.

Qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi də qərara alınıb. Bu məqsədlə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində Ziyanın ilkin müayinəsi aparılıb, zəruri ölçülər götürülüb. Müəyyən hazırlıq müddətindən sonra o, yüksək texnologiyalı protezlə təmin ediləcək.

Azvision.az


Teqlər: Vətənmüharibəsi   Qazi   Protez  






Xəbər lenti