Təhsil naziri: “Bu, özü-özünü aldatmaqdır”
Nazir bildirib ki, məktəbdaxili qiymətləndirməni faydalı, geriyəqayıdış aləti üzərində düşünməliyik.
“Qiymətləndirmə sketorunun müdiri işləmişəm və ən böyük problem validenylərin “axı mənim övladımın qiyməti necə idi? sualıdır”.
E.Əmrullayev bildirib ki, qiymətləndirmənin dürüst olması pedoqoji fəaliyyətin, təhsilin ən vacib prinsiplərindən biridir: “Valideyn, müəllim, şagird üçlüyündə dürüstlük vacib amildir. Pandemiya şəraitində şagirdə kömək etmək və qiymətini qaldırmaq onun gələcək həyatını və rifahını dəyişmir. Qısa müddətdə sistem üzərindən yüksək bal yazıla bilər. Bu, özün-özünü aldatmaqdır və faydalı nəticə ola bilməz”.
Aytən Zəhra
Azvision.az