Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris ilinə start verilib
Naxçıvan Qarnizonunda qoşunların və qərargahların birgə fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış koordinasiya qrupu xəbərdaretmə və məlumat mübadiləsində çevikliyin təmin edilməsi, daxil olmuş əməliyyat məlumatlarının qəbulu, təhlili, operativ analizi və hər bir siqnal üzrə yerinə yetirilən fəaliyyətlərin alqoritminin müzakirəsi və təkmilləşdirilməsi məqsədilə qoşunlarda olub. Birləşmə və hissələrin fəaliyyətinə nəzarət edən koordinasiya qrupu mövcud problemləri qeyd edib, onların qısa müddətdə aradan qaldırılması üçün birləşmə və hərbi hissə komandirləri ilə tapşırıqlar yerindəcə dəqiqləşdirilib.
Qarnizonun döyüş hesabatına uyğun olaraq qoşunların xəbərdar edilməsi, həyəcan siqnalı ilə qaldırılması, cəmləşmə rayonlarına çıxarılması, gizli idarə olunması və qəfil ortaya çıxan tapşırıqların icrası üzrə məşqlər və təlimlər müxtəlif səviyyələrdə bir neçə gündə də davam edəcək.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


