272 nəfər Azərbaycandan Rusiyaya qayıtdı
Onun sözlərinə görə, daha 272 Rusiya vətəndaşı Azərbaycanla dövlət sərhədini keçərək Vətənə qayıdıb. Həmin şəxslər Rusiyanın müxtəlif regionlarının sakinidir. Onlar iki həftə özünütəcrid şəraitində qaldıqdan sonra yaşadıqları yerlərə gedə biləcəklər.
Qeyd edilib ki, Azərbaycan ilə Rusiya arasında quru sərhədi koronavirus pandemiyası ilə əlaqədar martın 1-dək piyada keçidi üçün bağlıdır. Yük daşımaları isə müvafiq qaydada həyata keçirilir.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


