Qarabağda 24 minə yaxın partlayıcı zərərsizləşdirilib

Qarabağda 24 minə yaxın partlayıcı zərərsizləşdirilib
  02 Fevral 2021    Oxunub:1736
Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Dağlıq Qarabağdakı yaşayış məntəqələrini minalardan və partlayıcılardan təmizləməyə davam edir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Minatəmizləmə əməliyyatlarında rus sülhməramlıları "Uran-6" müasir robot sistemlərindən istifadə edirlər.

Məlumatda qeyd olunub ki, 23 noyabr 2020-ci il tarixindən indiyədək Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri təxminən 859,3 hektar ərazini, 245,8 km yolu, 962 tikilini, o cümlədən 27 sosial əhəmiyyətli obyekti partlayıcılardan təmizləyib. Aşkar edilmiş 24 minə yaxın partlayıcı qurğu zərərsizləşdirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  






Xəbər lenti