Qarabağda daha 9 erməni hərbçinin cəsədi tapıldı

 Qarabağda daha 9 erməni hərbçinin cəsədi tapıldı
  02 Fevral 2021    Oxunub:2015
Qarabağda aparılan axtarış nəticəsində müharibə zamanı məhv edilmiş daha 9 erməni hərbçisinin cəsədinin qalıqlarını aşkarlanıb.
Azvision.az erməni mətbuatına istinadla xəbər verir ki, qalıqlar Füzuli ərazisində tapılıb.

İlkin məlumatlara görə, onlar döyüşlərdə iştirak edən könüllülər və ya ehtiyatda olan hərbçilərdir. Cəsədləri tapılan hərbçilərin şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.

Bu gün axtarışlar Hadrut bölgəsi istiqamətində aparılır.

Qeyd edlib ki, fevralın 1-dək ümumilikdə 1354 erməninin cəsədi döyüş meydanında aşkar edilərək götürülüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Erməni   Cəsəd  






Xəbər lenti