Qarabağda məskunlaşma işğaldan əvvəlki səviyyəyə qaytarılacaq

  Qarabağda məskunlaşma işğaldan əvvəlki səviyyəyə qaytarılacaq
  02 Fevral 2021    Oxunub:3288
İşğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi şərtləri müəyyənləşib.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd olunub.

Bildirilib ki, Azərbaycanın tarixi ərazi suverenliyinin bərpası əhalinin öz doğma torpaqlarına qayıdaraq yaşaması üçün yeni mərhələ yaradıb.

İşğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşması təmin edilməlidir. Bu məqsədlə həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməli, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmalıdır.

Hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların əbədi məskunlaşması üçün böyük əhəmiyyət daşıyacaq. Bunun üçün yeni ərazilərdə layiqli yaşayış təmin edilməli, müasir infrastruktur qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq olmalıdır. Regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin edilməlidir.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Qarabağ   Məskunlaşma  





Xəbər lenti