Kreditlərinin verilməsində əngəllər aradan qaldırılacaq

   Kreditlərinin verilməsində əngəllər aradan qaldırılacaq
  02 Fevral 2021    Oxunub:2574
İqtisadiyyatda uzunmüddətli investisiya resurslarının əsas mənbəyi olan kapital və sığorta bazarının inkişafı sürətləndirilməlidir.
Azvision.az xəbər verir ki, bu barədə ölkə prezidentinin bu gün təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd olunub.

Bildirilib ki, milli bank sektorunun dayanıqlığı təmin olunmalı, ona olan etimad yüksəlməli, real iqtisadiyyatın maliyyələşdiriməsində bankların payı artırılmalı və sahibkarlıq fəaliyyətinin inkişafına təkan verməlidir.

Bundan başqa, bank kreditlərinin sahibkarlıq fəaliyyəti üçün əlçatanlığını təmin edəcək real işlək mexanizmlər hərəkətə gətirilməli, bank kreditlərinin təminatı məsələlərində bürokratik əngəllər aradan qaldırılmalıdır.

Azvision.az


Teqlər: Kredit  





Xəbər lenti