Azərbaycanda pul bazası fevralın 1-nə 12 milyard 782 milyon manat təşkil edib.
Azvision.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ötən ayla müqayisədə 782,2 milyon manat az, ötən ilin əvvəli ilə müqayisədə isə 1 milyard 238,6 milyon manat çoxdur.