Təhsil naziri gənc müəllimlərlə görüşdü

Təhsil naziri gənc müəllimlərlə görüşdü
  02 Fevral 2021    Oxunub:2149
Fevralın 2-də təhsil naziri Emin Əmrullayev gənc müəllimlərlə onlayn formatda görüşüb.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təşkil edilən görüşdə ölkəmizin ümumi təhsil müəssisələrində fəaliyyət göstərən bir qrup gənc müəllim iştirak edib.

Nazir: “Növbəti illərdə qəbul planını daha da artırmaq istəyirik”
Təhsil naziri Azərbaycan Gəncləri Gününün tarixinə toxunaraq bildirib ki, əsası Ümummilli Lider tərəfindən qoyulan dövlət gənclər siyasəti nəticəsində bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Nazir qeyd edib ki, gənclərimiz 44 günlük Vətən müharibəsində də qəhrəmanlıq nümunəsi göstərdi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında sıx birləşərək torpaqlarımızı işğaldan azad etdi.

Emin Əmrullayev son illər müəllim peşəsinə marağın artdığını vurğulayaraq gənc müəllimlərin təhsilimizin inkişafındakı rolundan söz açıb. Qeyd edib ki, bu gün ölkəmizin ümumi təhsil müəssisələrində çalışan 141 min 749 müəllimdən 38 min 272 nəfəri 35 yaşadək olan gənclərdir.

Nazir sonda gənc müəllimləri təbrik edib, onların hər birinə Azərbaycanın sabahı, uğurlu gələcəyi naminə fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra görüşdə iştirak edən müəllimlər fikirlərini bölüşüb və təhsilin inkişafına verə biləcəkləri töhfədən danışıblar.

Azvision.az


Teqlər: Təhsil   Nazirlik  





Xəbər lenti