İmtahana bu mövzularda da suallar salınacaq
O bildirib ki, Təhsil Nazirliyinin məktəbdaxili qiymətləndirməsinin də nəticələrə baxılacaq: "Buna əsasən imtahan sualları təqdim ediləcək. Əsasən imtahan sualları sadə formada təqdim ediləcək".
DİM rəsmisi qeyd edib ki, imtahana Vətən müharibəsi ilə bağlı suallar da salınacaq:
"Bizim proqram dərsliklərə əsaslanıb. Dərsliklər dörd ildən bir yenilənib və bu, müəyyən vaxt aparacaq. Ona görə də Vətən müharibəsinə dair mövzular "Abituriyent 1" jurnalında qeyd edilib. Münaqişənin sülh yolu ilə həllinin qarşısını alan amillər, ermənilərin vəhşiliyi, 2020-ci ilin iyul hadisələri, kəndlərin və şəhərlərin işğaldan azad olunması, üçtərəfli danışıqlar, bəyanatlar, müharibənin nəticəsi, insanların ön və arxa cəbhədə birləşməsi barədə mövzular qeyd edilib və buna əsasən suallar hazırlanacaq"
Aytən Zəhra
Azvision.az