Ukrayna üçün 5 ssenari – TƏHLİL

Ukrayna üçün 5 ssenari – TƏHLİL
  19 Fevral 2014    Oxunub:2086
Ukrayna Prezidenti Yanukoviç ilə müxalifət nümayəndələri arasında danışıqlar zamanı anlaşma əldə olunmadı.

"Udar" partiyasının lideri Vitali Kliçko deyib ki, prezidenti vəziyyətə adekvat reaksiya vermir: "Düşünürəm ki, hakimiyyət qüvvələri geri çəkməli və qanlı qarşıdurmaya son qoymalıdır, çünki insanlar həlak olurlar. Mən bunu Yanukoviçə də dedim. Nə qədər ki qan axır, hansı danışıqlardan söhbət gedə bilər?"

Kiyevdə ötən gün vəziyyət daha da gərginləşib. Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, iğtişaşlar zamanı ölənlərin sayı 27nəfərə çatıb.

Bəs bütün bunlar nə ilə yekunlaşa bilər? AzVision.az 5 mümkün ssenarini tədqim edir:

Ssenari № 1

Bu ssenarini ekspertlər daha inandırıcı sayırlar. Hakimiyyət müxalifətlə sövdələşir və nəticədə müxtəlif oyunçular üçün fərqli kvota nəzərdə tutan koalisiya hökuməti formalaşır. Müxalifət baş nazir və daha bir neçə nazir postuna yiyələnir.

Lakin Yanukoviç güc strukturlarını müxalifətin nəzarətinə verməz. O, təkid edəcək ki, konstitusiyanın qarantı kimi güc sferasını öz nəzarətində saxlamalıdır.

Bu ssenarini risk etmək istəməyən oliqarxlar da dəstəkləyir.

Bu variant Yanukoviç üçün digər ssenarilərdən daha əlverişli olsa da, güzəştlər onun mövqeyini xeyli zəiflədəcək. Amma müxalifət üçün də hər şey yaxşı keçməyəcək. Ekspertlərin fikrincə, baş nazir postu hazırda ən arzuolunmaz postdur. Baş nazir olan şəxs bir sıra iqtisadi və siyasi və maliyyə problemlərinin həlli üçün çox güman ki, qeyri-populyar siyasət yeritməyə məcbur olacaq. Bu baxımdan, Yanukoviçin Vitali Kliçkoya təklif etdiyi baş nazirin humanitar məsələlər üzrə müavini postu ən uyğun və təhlükəsiz postdur. Bu vəzifədə çalışaraq Kliçko prezident seçkilərinə qədər öz reytinqini daha asan qoruya bilər. Lakin müxalifətçi hələ ki, bu təklifdən imtina edib.

Ssenari № 2

Əgər Ukrayna ölkədə prezident-parlament idarəetməsini nəzərdə tutan 2004-cü ilin konstitusiyasına qayıdarsa, hadisələr başqa ssenari ilə inkişaf edəcək. Yanukoviç prezident qalacaq, baş nazir postunu isə müxalifət nümayəndələrindən biri təyin olunacaq. Yeni konstitusiyaya əsasən onların səlahiyyətləri təxminən bərabər olduğuna görə, hakimiyyət uğrunda mübarizə başlayacaq.

Belə ssenaridə müxalifət çətin ki, Rusiya qarşısında götürülən öhdəlikləri (aviasiya və atom energetikası sahələrindəki ortaq proektlər) icra etsin və yaxınlarda əldə olunmuş bütün razılıqlar ləğv olunacaq.

Bu gün Ukrayna iqtisadiyyatının stabil qalmasının əsas təminatı Rusiyanın söz verdiyi 15 milyard dollarlıq kredit və qazın qiymətinə edəcəyi güzəştlərdir. Əgər yeni hökumət Rusiya ilə müqavilələri pozarsa, onda Ukraynanı siyasi böhranla yanaşı iqtisadi problemlər də gözləyir.

Ssenari № 3

Əgər Qərb ölkələrinin planları uğur qazansa və ukraynalı oliqarxlar razılaşsa, onda ölkədə ikinci dəfə “narıncı” ssenari gerçəkləşəcək. Bu isə o deməkdir ki, Viktor Yanukoviç istefa verir və növbədənkənar seçkilər təyin olunur. Seçkiləri Vitali Kliçko qazanır. Lakin mütləq hakimiyyət olun əlində olmayacaq: Qərb Ukraynanın prezident-parlament respublikası olmağında maraqlıdır. Baş nazir postunu tutacaq Arseni Yaçenyuk Kliçkoya qarşı qoyulacaq.

Ssenari № 4

Ukraynanın federativ quruluşa keçməsi. Hələ ki, bu ssenari hakimiyyət tərəfindən ciddiyə alınmır. Lakin əgər yeni hökumət situasiyanı nəzarətdə saxlaya bilməsə federasiya məsələsi yenidən qaldırılacaq. Bunun üçün Ukrayna elitasının hazır olmadığı təşkilatlanma işi aparmaq lazımdır. İndi federallaşma prosesi başlansa, onun üzərində nəzarəti itirmək ehtimalı var. Onda federalizm ölkənin dağılması üçün bir ad ola bilər.

Ssenari № 5

Ukraynanın bir neçə hissəyə bölünməsi. Bu, ən pis variant olsa da, hakimiyyətin təklif etdiyi kompromis həll “Meydan” tərəfdarlarını razı salmasa bu mümkündür. Əgər bütün Ukraynanı “narıncı” eləmək alınmazsa, Qərb bu ssenariyə qarşı çıxmayacaq. Əksinə ölkəni parçalayacaq və Ukraynanın bir hissəsini özünə tərəf çəkib, digər hissəsini vətəndaş müharibəsi vəziyyəti çatdıracaq. Onlar üçün Ukraynanın bütövlüyü çox böyük önəm daşımır.

Ölkə 3 yerə: Qəbri Ukrayna, Şərqi Ukrayna və Krıma bölünə bilər.

AzVision.az



Teqlər:  





Xəbər lenti