Daha 12 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi
Bildirilib ki, "Rosselxoznadzor” tərəfindən bitki mənşəli məhsulların tədarükü ilə bağlı mövcud məhdudlaşdırmaların aradan qaldırılması məqsədilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə müəssisələrdə video yoxlamalar aparılır.
Yanvarın 14-dən 29-na kimi müəssisələrdən götürülən nümunələrin fitosanitar ekspertizasının mənfi nəticəsi nəzərə alınaraq, fevralın 5-dən etibarən “Rosselxoznadzor” AQTA-nın zəmanəti altında Azərbaycandan pomidor idxalına icazə verib.
Pomidor idxalına icazə verilə müəssisələr Bakı şəhəri, Sabirabad, Abşeron və Kürdəmir rayonlarında yerləşir.
Azvision.az