Eşitmədə çətinliyi olanlar üçün teledərslər yayımlanacaq - VİDEO

Eşitmədə çətinliyi olanlar üçün teledərslər yayımlanacaq -  VİDEO
  05 Fevral 2021    Oxunub:1288
Fevralın 9-dan etibarən Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” telekanalında efirə gedən “Dərs vaxtı” proqramı çərçivəsində eşitmə çətinliyi olan uşaqlar üçün teledərslərin yayımına başlanılacaq.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, prosesə pedaqoji metod, üsul və vasitələrdən istifadə edərək eşitmə qavrayışını və nitqi inkişaf etdirən, tələffüzü formalaşdıran surdopedaqoqlar da cəlb olunub. Məqsəd çətinliklərə baxmayaraq, bütün uşaqların öyrənməsini təmin etməkdir.




Azvision.az



Teqlər: Təhsil  






Xəbər lenti