Bu dərmanın satışı qadağan edildi

Bu dərmanın satışı qadağan edildi
  05 Fevral 2021    Oxunub:2049
“EQIS əczaçılıq zavodu ” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Hartil®-D” ticari adlı ramipril/hydrochlorothiazide - 2.5 mg/12.5 mg tərkibli tabletlər №28 (2x14) blisterdə, karton qutu qablaşmada dərman vasitələrinin stabillik sınaqlarından əldə olunan nəticə spesifikasiya çərçivəsindən kənara çıxdığından həmin seriya ilə buraxılan dərman vasitəsinin geri çağırılması qərara alınıb.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Azvision.az -a verilən məlumata görə, bu barədə topdansatış əczaçılıq müəssisələri və “EQIS əczaçılıq zavodu ” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi məlumatlandırılıb.
Həmçinin 0010319 seriya ilə buraxılmış son istifadə tarixi gələn ilin martınadək olan “Hartil®-D” ticari adlı ramipril/hydrochlorothiazide - 2.5 mg/12.5 mg tərkibli tabletlərin ölkəmizə idxalı və topdan və pərakəndə satışı qadağan edilib.

Azvision.az


Teqlər: Səhiyyə-Nazirliyi   Dərman  






Xəbər lenti