Tələbələrin köçürülməsi üçün sənəd qəbulu başa çatır

Tələbələrin köçürülməsi üçün sənəd qəbulu başa çatır
  07 Fevral 2021    Oxunub:2968
Bu gün tələbələrin köçürülməsi üçün elektron sənəd qəbulu başa çatır.
Azvision.az xəbər verir ki, tələbələrin köçürülməsinə fevralın 1-dən başlanılıb.

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsil alanların köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir.

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsil alanlar tələb olunan məlumatları daxil etməklə köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Azvision.az


Teqlər: Tələbə   Köçürülmə  





Xəbər lenti