Azay Quliyev İsmayıl Safi ilə görüşüb
Görüşdə Fond sədri rəhbərlik etdiyi təşkilatın fəaliyyətinin genişləndirilməsi istiqamətində Azərbaycanın rolunun artırılması, Aİ ilə ölkələrimizin əlaqələrinin inkişaf etdirilməsi haqqında fikirlərini bildirib. İsmayıl Safi eyni zamanda “Avropa Siyasət Mərkəzi” ilə Azərbaycanın münasibətlərinin inkişaf perespektivləri və mövcud potensialı haqqında da təkliflərini səsləndirib.
Şura ilə Fond arasında ikitərəfli münasibətlərin inkişafı haqqında danışan Azay Quliyev Azərbaycanın Avropaya inteqrasiyası prosesi çərçivəsində iki qurum arasında uğurlu əməkdaşlıq imkanlarının olduğunu bildirib.
A. Quliyev milli maraqlarımızın beynəlxalq aləmdə təbliğinə həsr edilən layihələrin dəstəklənməsi istiqamətində Şuranın həyata keçirdiyi işlər haqqında da məlumat verərək bu sahənin fəaliyyətlərində prioritet istiqamət təşkil etdiyini vurğulayıb.
Qeyd edək ki, UQXF 1999-cu ildə təsis edilib. BMT yanında müşahidəçilik statusuna malik olan təşkilatda 22 ölkə təmsil olunur.
Teqlər: