`Amerikalı həmsədr Ledi Qaqadan ayrıla bilmir - Politoloq
Politoloq qeyd edib ki, rusiyalı həmsədr heç bir təşəbbüskarlıq göstərmir: "Onun cəmi bir fərqli münasibəti oldu. Qarabağda "müdafiə nazirliyi"nin keçirdiyi müşavirəyə qatıldı, guya müharibənin qarşısını almaq istəyir, amma separatçı hərbçiləri ruhlandırır. Fransanın həmsədrliyinin passivliyi həm də Fransanın indiki təmsilçisinin şəxsi xarakteri ilə əlaqəlidir. 3 həmsədr dövlət Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə ciddi fikir versəydilər, həmsədrliyə təqaüdçü yox, perspektivli diplomatları təyin edərlər".
O, əlavə edib ki, ATƏT MQ vasitəçiliyinin 22-ci ili çox ciddi iflasla xarakterizə olunur: "Amma bu 22 il ərzində vasitəçilər həqiqətən vasitəçiliklə məşğul olublar və ortaya 4 fundamental sənəd qoyublar. 1997-98-ci illərdə təqdim olunan üç tənzimlənmə variantından xeyli müddət sonra nəhayət 2009-cu ildə "Yenilənmiş Madrid Prinsipləri" (YMP) adlı tənzimləmə variantı hazırlandı və ABŞ Prezidentinin mətbuat xidməti vasitəsilə dünyaya təqdim olundu. 2009-cu ildən bəri vasitəçilərin fəaliyyətində geriləmə müşahidə olunur. Onlar özlərinin hazırladığı YMP-ni müdafiə edə bilmirlər, eləcə də özləri vasitəçilik statusunu azaltdılar".
M.Əhmədoğlu qeyd edib ki, Dağlıq Qarabağ erməniləri ilə görüşən vasitəçilər Dağlıq Qarabağ azərbaycanlıları ilə təmasdan qaçırlar. Qarabağ münaqişəsinin qurbanı Dağlıq Qarabağ erməniləri deyil, Dağlıq Qarabağ azərbaycanlılarıdır: "ATƏT MQ vasitəçilərinin daha böyük kobud pozuntusu həmin sənəddəki vaxt reqlamentinə əməl etməmələridir. Həmin sənədin tələbinə görə əgər vasitəçilər iddia edirlərsə ki, tərəflər özləri könüllü surətdə razılığa gəlməlidirlər, bu baş vermədiyi halda 3 ay ərzində BMT TŞ qarşısında məsələ qaldırılmalıdır və ya razılığa gəlinə bilmədiyi halda vasitəçilər tərəflərə bu məsələni BMT TŞ-də qaldırmaq təklifini verə bilərlər".
Teqlər: