Yaponiyada 100 ton radioaktiv su ətrafa yayılıb

Yaponiyada 100 ton radioaktiv su ətrafa yayılıb
  20 Fevral 2014    Oxunub:1094
Hadisə “Fukusima-1” AES-ində baş verib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2013-cü ilin avqustundan bəri ən böyük radioaktiv su sızıntısı baş verib. Tərkibində beta şüalanma izotopları olan radioaktiv su yerli boru kəmərlərindən birinin sızması nəticəsində baş verib.

İlkin məlumatlara görə, radioaktiv su reaktorun soyudulması üçün istifadə olunurdu. Artıq qəzanın aradan qaldırılması üçün tədbirlər görülür.

Ümumilikdə, “Fukusima-1” 440 min ton radioaktiv su toplanıb. Qrunt sularının təsiri ilə onların səviyyəsi də artır.

Xatırladaq ki, 2011-ci ilin martında Yaponiya sahillərində baş verən güclü zəlzələdən sonra nəhəng dalğalar “Fukusima-1” AES-nı zədələmişdi. Nəticədə ətraf ərazilərdə radiasiyanın səviyyəsi 10 dəfə artmışdı. Həmin vaxtlardan AES-də müntəzəm şəkildə texniki problemlər yaşanır.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti