Türkiyə MN: “Qış təlimi-2021” uğurla başa çatdı - VİDEO

  Türkiyə MN:  “Qış təlimi-2021” uğurla başa çatdı -  VİDEO
  13 Fevral 2021    Oxunub:2729
Azərbaycan və Türkiyə hərbçilərinin iştirak etdiyi “Qış təlimi-2021” birgə təlimləri başa çatıb. Qarsda keçirilən taktiki təlimlər ötən gün yekunlaşıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Qeyd edilib ki, dünən başa çatan təlimin müşahidəçi günü milli müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Baş qərargah rəisi general Yaşar Gülər, Quru Qoşunları komandanı general Ümit Dündar, Hərbi Hava Qüvvələri komandanı general Həsən Küçükakyüz və Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbalın iştirakı ilə icra olunub.

“Bu il ilk dəfə olaraq Azərbaycan Silahlı Qüvvələri ilə birgə keçirdiyimiz təlimdə quru və hava elementləri müəyyən olunmuş hədəfləri dəqiqliklə məhv etdi. Yerli və milli silah texnologiyamızın da istifadə olunduğu təlimlərdə əsgərlərimizin bacarıqları göz doldurdu”, - məlumatda bildirilib.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qış-2021  





Xəbər lenti