Ermənistanda baş verən zəlzələ Naxçıvanda hiss olundu

 Ermənistanda baş verən zəlzələ Naxçıvanda hiss olundu
  13 Fevral 2021    Oxunub:2640
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:29-da Heydərabad stansiyasından 44-km şimalda Ermənistan ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə Azvision.az -a Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss olunub.

Qeyd edək ki, fevralın 13-də İrəvanda 4,7 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar yerli vaxtla saat 15.28-də baş verib.

Azvision.az


Teqlər: Naxçıvan   Zəlzələ  





Xəbər lenti