“Fənərbaxça” səfərdə, “Trabzonspor” evdə qazandı

“Kayserispor” öz meydanında “Ankaragücü” ilə qolsuz bərabərə qalıb. “Trabzonspor” isə “Qaziantep”a 1:0 hesabı ilə qalib gəlib.
Çempionluğa iddialı olan “Fənərbaxça” klubu səfərdə “Fatih Karagümrük”lə qarşılaşıb. İstanbul təmsilçisi 2:1 hesablı qələbə qazanaraq vahid lider olub.
Qeyd edək ki, "Fənərbaxça" hazırda 51 xalla turnir cədvəlində 1-ci, "Qalatasaray" 48 xalla 2-ci, "Beşiktaş" isə eyni xalla 3-cü sıradadır.
Azvision.az