Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi

Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi
  14 Fevral 2021    Oxunub:2821
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin 13 vətəndaşının PKK terror təşkilatı tərəfindən qətlə yetirilməsi ilə əlaqədar qardaş ölkəyə başsağılğı verib.

Azvision.az xəbər verir ki, Ceyhun Bayramov bu barədə Tvitter səhifəsində yazıb.
“Xain terror hücumu nəticəsində Türkiyənin 13 vətəndaşının öldürülməsi xəbəri bizi çox kədərləndirdi. Şəhidlərin ailələrinə və qardaş Türkiyə xalqına başsağlığı bildiririk. Dinc insanlara qarşı törədilən terror aktını şiddətlə qınayırıq. Başın sağ olsun, qardaş Türkiyə!” - nazir qeyd edib.

Azvision.az


Teqlər: Ceyhun-Bayramov   Türkiyə   XİN  






Xəbər lenti