|
| Hande Harmancı peyvənd olundu |
H.Harmancı bildirib ki, pandemiya qlobal səviyyədə səhiyyə sisteminin hazırlığı və çevikliyinin əhəmiyyətini bir daha ön plana çıxarıb.
“Pandemiyanın ilk ilini arxada qoyandan sonra qlobal səylər nəticəsində əlimizdə artıq bir sıra vaksinlər və diaqnostika metodologiyası var. Bunlarla pandemiyaya nəzarət etmək mümkündür. Bu, həm ümid yaradır, həm də sınaqdır. Sözsüz ki, pandemiya ilə mübarizədə çox mühüm bir mərhələyə gəlib çatmışıq. Vaksinasiyadan əlavə, əl gigiyenasına, fiziki məsafə prinsiplərinə maska istifadəsinə diqqət yetirilməlidir. Virusun yeni variantları, ştammları ortaya çıxa bilər”, - deyə ÜST rəsmisi qeyd edib.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


