Fərhad Əliyev Bakıya qayıtdı
Yaxınları bildiriblər ki, sabiq nazirin səhhəti yaxşıdır, hər hansı problemi yoxdur, Bakıda istirahət edir.
2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fərhad Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyevlə birlikdə 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
Keçmiş nazir həbsdən çıxdıqdan bir müddət sonra Londona getmişdi. Londonda onun oğlu təhsil alır.
Teqlər: