Qaradağlı faciəsindən 29 il ötür

   Qaradağlı faciəsindən 29 il ötür
  16 Fevral 2021    Oxunub:1223
Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qətliamdan 29 il ötür.
Azvision.az xəbər verir ki, erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum ediblər.

İki gün çəkən ağır döyüşdən sonra ermənilər fevralın 17-də kəndi işğalı ediblər. İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub.

Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 mülki vətənadş girov götürülüb.

Şahid ifadələrinə əsasən, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra onlardan bəzilərinin başları kəsilib.

Azvision.az


Teqlər: Qaradağlı   Xocavənd  





Xəbər lenti