Nazirlikdən BDU aksiyasına reaksiya

Nazirlikdən BDU aksiyasına reaksiya
  20 Fevral 2014    Oxunub:1158
Təhsil Nazirliyi Bakı Dövlət Universitetində (BDU) keçirilən tələbələrin aksiyasına münasibət bildirəcək.
Bu barədə AzVision.az saytına Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, nazirlik öz münasibətini gün ərzində açıqlayacaq.

`Biz bu məsələ ilə bağlı öz münasibətimizi bildirəcəyik. Rəsmi münasibət nazirliyin rəsmi saytında yerləşdiriləcək`.

Qeyd edək ki, bu gün BDU-nun bir qrup tələbəsi kəsr imtahanları ilə bağlı etiraz edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti