Mədət Quliyev Türkiyənin Kosmik Agentliyinin rəhbəri ilə görüşdü
M.Quliyev qonaqların diqqətinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb. Nazir Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açıb, qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
Məqsədi iki ölkənin kosmik tədqiqatları haqqında məlumat mübadiləsi, o cümlədən qarşılıqlı əlaqələrin qurulmasından ibarət olan görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri haqqında geniş müzakirələr aparılıb.
S.Y.Hüseyn səmimi qəbula görə M.Quliyevə təşəkkürünü bildirib. Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.
Azvision.az
Teqlər: MSN