Qaxariya “Gürcü Arzusu”ndan da ayrıldı

 Qaxariya “Gürcü Arzusu”ndan da ayrıldı
  18 Fevral 2021    Oxunub:2133
Gürcüstanın baş naziri vəzifəsindən istefa verən Giorgi Qaxariya hakim "Gürcü Arzusu" partiyasını tərk edib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

Partiyanın üzvü Nikoloz Samxaradze bildirib ki, Qaxariya baş nazir vəzifəsi ilə yanaşı, hakim partiyaya üzvlükdən də istefa verib.

Qeyd edək ki, Qaxariya hakim komanda ilə fikir ayrılığı səbəbindən istefa verdiyini açıqlayıb .

Pərvanə Sultanova
Azvision.az


Teqlər: GiorgiQaxaria  





Xəbər lenti