“Azəriqaz”-a 344 min manat ziyan dəydi
ARDNŞ-in rəsmi saytında yer alan məlumata görə, görülmüş işlərin nəticəsində məlum olub ki, cari ilin yanvar ayında Birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 3439600 kubmetr həcmində təbii qaz itirilib. Bu pozuntulara yol vermiş 2323 istehlakçının qaz təsərrüfatına müvafiq qüsur aktı tərtib olunub.
Tərtib olunmuş həmin aktlara əsasən, dəymiş ziyan 343960 manat dəyərində hesablanıb. Aşkar olunmuş digər qüsurların aradan qaldırılması üçün də müvafiq tədbirlərin görülməsi barədə yazılı tapşırıqlar verilib.
Bildirilib ki, “Azəriqaz” İB təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlərini bundan sonra da davam etdirəcək.
Teqlər: