Ermənilərin çoxu məğlubiyyətə görə Sarkisyanı günahlandırır - SORĞU

 Ermənilərin çoxu məğlubiyyətə görə Sarkisyanı günahlandırır -  SORĞU
  19 Fevral 2021    Oxunub:2326
Ermənistanda indi seçkilər keçirilsə, əhalinin 30%-dən çoxu hakim “Mənim addımım” blokuna səs verəcək.
Azvision.az xəbər verir ki, bunu “Gallup” Beynəlxalq Assosiasiyasının keçirdiyi sorğunun nəticələri göstərir.

Nəticələri təqdim edən qurumun Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan bildirib ki, siyasətçilərin 1-dən 5-ə (5 ən yüksək reytinqdir) şkalası üzrə qiymətləndirilməsində hazırkı baş nazir Nikol Paşinyan 2,8 bal, prezident Armen Sarkisyan - 2,3, birinci prezident Levon Ter-Petrosyan 1,7, ikinci prezident Robert Koçaryan – 2, üçüncü prezident Serj Sarkisyan - 1,7 bal alıb.

Respondentlər “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyana 2,2 bal, "Parlaq Ermənistan"ın başçısı Edmon Marukyana 1,8, "Vətən" partiyasının rəhbəri Artur Vanetsyana 1,5, “Vətənin qurtuluş hərəkatı”nın lideri Vazgen Manukyana isə 1, 6 bal verib.

Qarabağ müharibəsindəki məğlubiyyətdə kimin günahkar olduğu soruşulduqda,
respondentlərin 32% -i keçmiş hakimiyyətin, 28,8 %-i Nikol Paşinyan və hazırkı hökumətin adını çəkib.

Digər suala cavabda rəyi soruşulanların 30,7% -i Şuşa, Hadrut və 7 rayonun geri qaytarmağın lazım olduğunu, 27,7% mövcud sərhədlər daxilində vəziyyətin sabitləşdiyini deyib. 20,2% yalnız Şuşa və Hadrutun geri qaytarılmalı olduğunu, 3,1 % isə Azərbaycanın ərazi bütövlüyünü tanımaq, Qarabağı təslim etmək və münaqişəyə son qoymağın lazım olduğunu vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti