Şahin Mustafayevin səlahiyyəti artırıldı
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu, dünən prezident İlham Əliyevin təsdiqlədiyi İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnamədə əksini tapıb.
İqtisadiyyat və Sənaye Nazirliyi xarici dövlətlərdəki diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlardakı iqtisadi-ticarət nümayəndəsinin maliyyə təminatını da həyata keçirəcək. Əsasnaməyə əsasən, iqtisadiyyat və sənaye nazirinin müavinlərinin də sayı artırılaraq 5-ə çatdırılıb. Hazırda iqtisadiyyat və sənaye nazirinin 3 müavini var.