Dövlət İmtahan Mərkəzindən
Azvision.az -a bildirilib ki, ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifə inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Energetika Nazirliyində şöbə müdiri vəzifəsidir. Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində 14, Hesablama Palatasında 3, Dövlət Statistika Komitəsində 3, Dövlət Turizm Agentliyində 3, Energetika Nazirliyində 2, Təhsil Nazirliyində 1, Şəki Apelyasiya Məhkəməsində 1 vəzifə olmaqla 27 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb. Ümumi müsahibədə iştirak üçün ümumilikdə 226 nəfər müraciət edib. Bu günə olan məlumata görə, 6 nəfər Dövlət Statistika Komitəsində, 3 nəfər Hesablama Palatasında, 2 nəfər Təhsil Nazirliyində, 1 nəfər isə Energetika Nazirliyində müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibələr martın 15-də yekunlaşacaq.
Xatırladaq ki, ötən il dekabrın 10-da 7 dövlət orqanında inzibati vəzifələrin 4-5-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə ümumi müsahibə elan edilib. Vətəndaşların rahatlığının təmini, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilib.
Azvision.az