“Barselona” son dəqiqədə qələbəni əldən verdi

“Barselona” son dəqiqədə qələbəni əldən verdi
  21 Fevral 2021    Oxunub:2085
İspaniya La Liqasında 24-cü turun növbəti oyunu keçirilib.
Azvision.az xəbər verir ki, çempionluğa iddialı olan “Barselona” klubu öz meydanında “Kadiz” komandasını qəbul edib. “Nou Kamp” stadionunda baş tutan görüş heç-heçə ilə nəticələnib.

Görüşdə hesabı Kataloniya klubunun kapitanı Lionel Messi açıb. O, 32-ci dəqiqədə penaltidən fərqlənib. İkinci hissənin son dəqiqələrində "Barselona" qələbəni əldən verib. Belə ki, “Kadiz”in oyunçusu Aleks Fernandes penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Matçda əlavə qol vurulmayıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Bu nəticədən sonra xal ehtiyatını 47-ə çatdıran “Barselona” turnir cədvəlində üçüncü yerdə qərarlaşıb, “Kadiz” isə 25 xalla 14-cüdür.

Azvision.az



Teqlər: Barselona  





Xəbər lenti