"Savedalen" klubu 1932-ci ildə yaranıb. Ayxan klub tarixində ilk dəfə ən gənc futbolçu kimi müqavilə imzalayan idmançıdır.
Qeyd edək ki, Ayxan Cabbarlı 2003-cü ildə Bakı şəhərində anadan olub. 6 yaşından peşəkar futbolla məşğuldur. Azərbaycanda “Bakı”, “Neftçi” klublarında məşqlər edib. Onun ailəsi 2012-ci ildə İsveçə köçüb. Burada bir neçə klubda oynayıb. 17-19 yaşlılar arasında “Göteborq" klubunda çıxış edib. O, həmçinin klubun akademiyasında təhsil alıb. Ayxan İngiltərənin “Totenhem” klubunda da baxışda olub.

Azvision.az