Kiyevdə sülh pozuldu, toqquşmalar yenidən başladı

Kiyevdə sülh pozuldu, toqquşmalar yenidən başladı
  21 Fevral 2014    Oxunub:1060
Kiyevin mərkəzində polislə etirazçılar arasında toqquşmalar yenidən başlayıb.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, müxalifətçi qrup Ali Radaya doğru irəliləməyə çalışıb.

Onlar İnstitutsk küçəsində polisi atəşə tutublar. Hələlik ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

Bu gün səhər Ali Radanın iclasında spiker Vladimir Rıbak antiterror əməliyyatının dayandırılması və hərbçilərin, Daxili İşlər Nazirliyinin əməkdaşlarının və xüsusi xidmət orqanlarının əməkdaşlarının kazarmalarına dönməsi barədə qərar qəbul edib.

Parlamentdə qəbul olunan sənəddə güc strukturlarına Ukrayna vətəndaşlarına qarşı istənilən silahdan və xüsusi vasitədən istifadə etmək qadağan olunur. Qanun imzalandığı gündən qüvvəyə minir.

Xatırladaq ki, fevralın 18-dən fasilələrlə bu günə qədər davam edən toqquşmalarda rəsmi məlumatlara görə, 77 nəfər həlak olub (o cümlədən 16 DİN işçisi), 369 nəfər isə xəsarət alıb.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti