Emin Əmrullayevin Türkiyəyə səfəri davam edir

Emin Əmrullayevin Türkiyəyə səfəri davam edir
  23 Fevral 2021    Oxunub:2541
Təhsil naziri Emin Əmrullayevin Türkiyə Respublikasına səfəri davam etməkdədir.
Təhsil Nazirliyindən Azvision.az -A bildirilib ki, səfər çərçivəsində fevralın 22-də təhsil naziri Ankara şəhərində yerləşən ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra Təhsil Nazirliyinin nümayəndə heyəti Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına məktəbi ziyarət edib, müəssisədə yaradılan şəraitlə tanış olub.

Emin Əmrullayev Basketbol Federasiyasının prezidenti seçilib
Günün ikinci yarısında təhsil naziri Emin Əmrullayev və Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuk arasında görüş keçirilib. Görüş zamanı ümumi və peşə təhsili sahəsində qarşılıqlı əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə olunub. Tərəflər arasında imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un əhəmiyyəti xüsusi şəkildə vurğulanıb.

Görüşün sonunda hər iki nazir mətbuat üçün açıqlamalar verib.

Fevralın 22-də nümayəndə heyəti həmçinin Ankara Universitetində olub. Ankara Universitetinin rektoru Necdet Ünüvar ilə görüş zamanı təhsil naziri Emin Əmrullayev pandemiya dövründə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün Ankara Universiteti tərəfindən bir sıra ixtisaslar üzrə məsafədən təhsilin təşkilinə görə rektor Necdet Ünüvara təşəkkürünü bildirib.

Nümayəndə heyəti universitetdə Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş tədbirdə də iştirak edib. Tədbir zamanı təhsil naziri Emin Əmrullayev, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Azərbaycan Respublikasının Türkiyədəki səfiri Xəzər İbrahim çıxış ediblər. Tədbirdə həmçinin Ankara Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Cavid Abdullazadə “Xocalıya akademik baxış” mövzusunda təqdimatla çıxış edib.

Günün sonunda Təhsil Nazirliyinin nümayəndə heyəti Milli Təhsil Nazirliyinə bağlı Ölçmə və Dəyərləndirmə Mərkəzini ziyarət edib və pandemiya dövründə təhsilin təşkilinə dair Türkiyə təcrübəsi ilə yerində tanış olmaq imkanını qazanıb.

Azvision.az


Teqlər: EminƏmrullayev  





Xəbər lenti