Virusa görə 4 məktəb distant təhsilə keçdi

 Virusa görə 4 məktəb distant təhsilə keçdi
  23 Fevral 2021    Oxunub:3229
Fevralın 22-dək distant təhsilə keçirilən siniflərin sayı 84, distant təhsilə keçirilən məktəblərin sayı 4-dür .
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilən təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir.

Xatırladaq ki, fevralın 1-dən əyani tədris qismən bərpa olunub.

Azvision.az


Teqlər: Mktəb   Şagird  





Xəbər lenti