Azərbaycan neft istehsalını artırır

Azərbaycan neft istehsalını artırır
  22 Fevral 2014    Oxunub:986
Proqnozlara əsasən, 2014-cü ildə Azərbaycanda 43 milyon ton neft hasil olunacaq. Bunu jurnalistlərə energetika naziri Natiq Əliyev Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzv şirkətləri ilə görüşdən əvvəl deyib.
N.Əliyev qeyd edib ki, Azərbaycanın əsas məqsədi hasilat həcmlərini sabit - 40-45 milyon ton səviyyəsində saxlamaqdır və bunun üçün zəruri işlər görülür.

Onun sözlərinə görə, ötən il 41 milyondan bir az artıq neft istehsal etmək planlaşdırılırdı, lakin faktiki həcmlər 43 milyon ton nefti ötdü.

Qaz hasilatı həcmlərinə gəlincə, nazir bildirib ki, bu məsələdə Azərbaycan böyük nəticələr əldə edib və ötən il hasilat həcmi 29 milyard kubmetr olub: "Gələcəkdə bu göstərici yüksələn xətt üzrə gedəcək" (Trend).


Teqlər:





Xəbər lenti