Bir ayda tikintiyə 660 milyon xərcləndi

Bir ayda tikintiyə 660 milyon xərcləndi
  22 Fevral 2014    Oxunub:1090
Cari ilin yanvar ayında ölkənin tikinti kompleksində 660,9 milyon manat məbləğində, yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz çox vəsaitdən istifadə edilib.

Dövlət Statistika Komitəsindənverilən məlumata görə, istifadə olunan vəsaitin 378, 5 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin 444,5 milyon manatı yerli mənbələrdən daxil olub, 58,8 faizi (388,6 milyon manatı) məhsul istehsalı obyektlərinin inşasına sərf edilib.

Eyni zamanda, müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar ayında 120,5 min kvadratmetr yaşayış sahəsi, 360 şagird yerlik ümumtəhsil məktəbləri, 50 yerlik məktəbəqədər təhsil müəssisələri, Bakı şəhərində sağlamlıq mərkəzi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Göygöl rayonunda Olimpiya İdman Kompleksi və Gənclər Mərkəzi istifadəyə verilib.


Teqlər:





Xəbər lenti