İrəvanda etirazçılar parlament binası qarşısında gecələyir

   İrəvanda etirazçılar parlament binası qarşısında gecələyir
  26 Fevral 2021    Oxunub:1680
İrəvanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar parlament binası qarşısında barrikadalar qurub.
Azvision.az xəbər verir, bu barədə “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.

“Biz barrikadalarla hər iki tərəfdən Baqramyan prospektini bağlamışıq”, - deyən müxalifət fəalı vurğulayıb ki, aksiya iştirakçıları parlament binası qarşısında gecələyəcəklər.

Onun sözlərinə görə, etirazlar Nikol Paşinyan istefa verənə qədər davam edəcək. Bundan əlavə, müxalifət funksioneri baş nazirin dialoq təklifindən imtina etdiklərini açıqlayıb.

Xatırladaq ki, ötən gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Baş nazir dərhal Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərərək ölkədə hərbi çevrilişə cəhdin olduğunu bəyan edib. Bundan sonra Paşinyan tərəfdarları qarşısına çıxış edərək, ölkədə vəziyyətin gərgin olduğunu bildirib.

Azvision.az


Teqlər: Ermənistan   Etiraz   Aksiya  





Xəbər lenti