“Zaman Ermənistanın əleyhinə işləyir” - Politoloq
Politoloqun sözlərinə görə, Paşinyanın öz xoşu ilə istefa verməyəcəyi bir daha bəlli oldu: “Onun meydana çağırdığı tərəfdarların sayı müxalifətin parlament binası qarşısında topladığı insanlardan ən azı iki dəfə çox idi. Belə vəziyyətdə Paşinyanı devirmək üçün Qasparyan ordunu və tankları meydanlara çıxarmalı, klassik hərbi çevriliş həyata keçirməli idi. Qasparyanın buna ya cəsarəti çatmadı, ya ağalarından müvafiq əmr almamışdı. Buna baxmayaraq, onun istefa vermək fikri də yoxdur. Onu otağından çıxarmaq üçün Baş Qərargahın binasına polis qüvvəsi göndərilməlidir. Buna da Paşinyanın hələ ki, cəsarəti çatmır”.
E.Şahinoğlu deyir ki, Paşinyanın başı üzərindən hərbi çevriliş təhlükəsi götürülsə də, ona ölkəni idarəetmək çətin olacaq.
“Kiçik Ermənistan silkələnməkdə davam edəcək, itaətsizlik artacaq. Ermənistanın iqtisadi eksperlərtlərinin sözlərinə görə, koronavirus, müharibənin ağır nəticələri və davamlı hakimiyyət-müxalifət qovğası ölkədə bahalaşmanı sürətləndirib, dollar qalxır, maaşların verilməsi gecikir”.
Azvision.az
Teqlər: Ermənistan Paşinyan