Ən populyar `Windows Phone` seçildi

Ən populyar `Windows Phone` seçildi
  22 Fevral 2014    Oxunub:1181
"Windows Phone” əməliyyat sistemi ilə işləyən ən populyar smartfon hanısıdır?
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, “AdDuplex” analitik şirkəti "Windows Phone” əməliyyat sistemi haqqında növbəti hesabatını dərc edib.

2014-cü il fevralın yekunlarına görə, uzun müddətdir liderlik edən “Nokia Lumia 520” bir sistemin idarəetməsi ilə işləyən ən populyar smartfon modeli seçilib. Belə ki, modelin “WP” sistemli smartfonların sayında payı 33 faiz təşkil edib. Üçüncü yerdə 7,4 faizlik payla “Lumia 920” modeli qərarlaşıb.

“WP” sistemli bazarda “Nokia” şirkətinin böyük paya (92 faiz) sahib olması təəccüb doğurmayıb. İkinci yeri 5,1 faizlə “HTC”, sonrakı yerləri “Samsung” (1,4 faiz) və "Huawei” (0,9 faiz) şirkətləri tutub. Qeyd olunur ki, “Nokia” hətta payını 0,3 faiz artırmaqla adıçəkilən istehsalçıların 0,1 faizini ələ keçirib.

“Microsoft” korporasiyasına məxsus "Windows Phone 8” mobil əməliyyat sistemi isə bazarın 80,4 faizinə sahibdir, qalan 19,6 faizə "Windows Phone 7” sistemi yiyələnib.



Teqlər:  





Xəbər lenti