Sumqayıtda maşın piyadanı vurub öldürdü

  01 Mart 2021    Oxunub : 1210
Sumqayıtda maşın piyadanı vurub öldürdü
Sumqayıt şəhərində yol qəzası olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, fevralın 27-si saat 23 radələrində şəhərin 11-ci mikrorayon ərazisində şəhər sakini O. Məmmədov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən həmyerlisi B. Əliyevi vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Azvision.az

Teqlər: